REGİONLAR


İspaniyada Azərbaycan təhsili ilə bağlı görüş keçirilib

Gəncə, 12 iyul, Rauf Hacıyev, AZƏRTAC

İspaniya Krallığının Valensiya Politexnik Universitetində Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi - PETRA” layihəsi çərçivəsində görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gəncə Dövlət Universitetinin, Xəzər Universitetinin və Bakı Slavyan Universitetinin əməkdaşları iştirak ediblər.

Təlimlərdə Azərbaycan universitetləri ilə yanaşı, Türkiyənin Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər, Macarıstanın Debreken və Finlandiyanın Jivaskula universitetləri tərəfdaş kimi iştirak ediblər.

Təlimin əsas məqsədi layihəyə tərəfdaş Azərbaycan universitetlərində “Təlim və öyrənmə mərkəz”lərinin yaradılması, eləcə də görüləcək işlərin planının hazırlanması olub. Həmçinin təlim və təhsildə innovativ metodlarla tədrisin təşkilinə dair beynəlxalq təcrübənin öyrənilməsi və layihədə tərəfdaş qismində üzv olan Azərbaycan universitetlərində tətbiqi nəzərdə tutulur.

Seminar keçirilən müddətdə Valensiya Politexnik Universitetinin təmsilçisi, layihənin koordinatoru Xavier Orozço və tərəfdaşlar layihənin gedişatında nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq mövcud vəziyyəti müzakirə edib, gələcək fəaliyyət istiqamətlərini planlaşdırıblar.

Tərəfdaş universitetlərin nümayəndələri bu görüşdən əlavə olaraq, Valensiya Politexnik Universiteti tərəfindən keçirilən “Education Change Forum 2019” forumunda iştirak ediblər. Forumda dünya təhsilində gedən proseslər, yeniliklər və bu sahə üzrə çatışmazlıqların həlli yolunda çıxışlar dinlənilib. Plenar iclasda Valensiya Politexnik Universitetinin rektoru Fransisko Mora, ABŞ-ın Olin Kollecinin vitse-kansleri Visente Manno, “Quanser” şirkətinin icraçı direktoru Paul Gilbert, Böyük Britaniyanın London Universitetinin Təhsil şöbəsinin direktoru Liza Cones çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.