DÜNYA


İspaniyada COVID-19 pandemiyasının 7-ci dalğası başlayıb

Madrid, 6 iyul, AZƏRTAC

Omikron ştamının “BA.4” və “BA.5”in iki alt variantı İspaniya, Portuqaliya və Böyük Britaniya kimi ölkələrdə koronavirus infeksiyalarının sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olur. Onların daha çox yoluxma qabiliyyəti var və hər ikisi hətta üç doza ilə peyvənd edilmiş insanların antikorlarına belə müqavimət göstərirlər.

AZƏRTAC xəbər verir ki, İspaniya Səhiyyə Nazirliyinin ölkədəki epidemioloji vəziyyətə dair son hesabatına əsasən, COVID-19 pandemiyasının 7-ci dalğası başlayıb.

Kataloniyalı epidemioloq və tədqiqatçı Kike Bassat son iki həftə ərzində infeksiyaların sayının əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Epidemioloq hesab edir ki, maskaların taxılması yenidən məcburi olmamalı, lakin onlardan koronavirus infeksiyasına daha həssas olan insanlar tərəfindən istifadə edilməlidir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.