MƏDƏNİYYƏT


İspaniyada Qəbələnin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi ilə bağlı təqdimat keçiriləcək

Bakı, 4 oktyabr, AZƏRTAC

İspaniya Krallığının Orense şəhərində Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) növbəti Baş Assambleyası keçirilir.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizi qurumun sektor müdiri Günel Aslanova təmsil edir.

Baş Assambleya “Tarixi və termal ərazilərdən davamlı istifadənin mümkünlüyü” şüarı altında keçirilir və bir neçə panel bu istiqamətdə müzakirələrə həsr olunub.

Tədbirin açılışında EHTTA-nın prezidenti Cüzeppe Bellandi tarixi və termal şəhərlərin vəhdətinin mədəni irsin inkişafına təkan verdiyini və bu strategiya əsasında qurulan təşkilatın fəaliyyəti nəticəsində şəbəkənin ildən-ilə daha da genişləndiyini qeyd edib. Sonra artıq ötən assambleyada təqdimatı keçirilmiş və rəsmi sənədləri təqdim etmiş Portuqaliyanın Kaldes de Montbui şəhəri EHTTA-nın üzvlüyünə qəbul edilib. Bununla da, hazırda 15 ölkədən 42 şəhər assosiasiyanın tərkibində yer alır.

Xatırladırıq ki, oktyabrın 5-də keçiriləcək iclasda növbəti ildə Azərbaycanın Qəbələ şəhərinin bu beynəlxalq təşkilata üzv seçilməsi ilə bağlı təqdimat keçiriləcək.

Qeyd edək ki, Avropa Şurasının mədəni marşrutlar layihəsi çərçivəsində fəaliyyət göstərən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Avropada mədəni irsin qorunması sahəsində mühüm işlər həyata keçirir və 2016-cı ildən etibarən Qalaaltı bu təşkilatın bərabərhüquqlu üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.