DÜNYA


İspaniyada avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücünü cərimə edə bilərlər

Madrid, 18 may, AZƏRTAC

Avtomobildən düzgün istifadə edilməməsi cərimə sanksiyasına səbəb ola bilər. Dünyada müxtəlif səbəblər üzündən sürücünün cərimə edilməsini nəzərdə tutan qanunların sayı get-gedə artmaqdadır.

AZƏRTAC xəbər verir ki, Madriddə avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücünü cərimə edə bilərlər. İspaniya paytaxtının hakimiyyət orqanları avtomobillərlə bağlı yeni qaydalar qəbul ediblər. Bu qaydaların 46.2-ci maddəsinə əsasən hər bir sürücü nəqliyyat vasitəsini dayandırarkən mühərriki söndürməyə borcludur. Həmin maddənin qəbul edilməsi çoxsaylı mübahisələrə səbəb olub.

Qaydaya riayət etməyən sürücü 100 avroya qədər cərimə ödəməli olacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.