DÜNYA


İspaniyada dəmiryolçuların tətili ucbatından 320 qatar reysi ləğv edilib

Madrid, 15 iyul, AZƏRTAC

Bu gün İspaniyada dəmiryolçular tətil edir.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar 320 qatar reysi ləğv olunub.

Şəhərətrafı qatarlar adəti üzrə daşımaların sayının yalnız 75 faizini, orta uzaqlığa gedən qatarlar – 65 faizini, yüksəksürətli AVE heyəti isə 72 faizini həyata keçirəcəklər.

İşçilər “Renfe” dövlət dəmir yolu şəbəkəsinin kadr siyasətindən narazıdırlar. Onların sözlərinə görə, rəhbərlik yeni iş yerləri açmaq əvəzinə mövcud ştatların üzərinə əlavə vəzifələr qoyur. Onlar əmək şəraitinin yaxşılaşdırılmasını və əməkhaqqının artırılmasını tələb edirlər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.