DÜNYA


İspaniyada distant iş haqqında yeni qanun pozularsa işəgötürənləri 7500 avroya qədər cərimə gözləyir

Madrid, 17 iyul, AZƏRTAC

İspaniyada iyulun 19-dan distant iş haqqında yeni qanun qüvvəyə minir.

AZƏRTAC xəbər verir ki, qanun koronavirusun birinci dalğasının ən çox yayıldığı, ispan işçilərinin distant işə keçmələri kütləvi xarakter aldığı zaman hazırlanıb.

Sənəd, uzaqdan işləyən işçilərini işə aid bütün zəruri şəraitlə - kompüter və internetə çıxışla təmin etməyən işəgötürənlər üçün sanksiyaları nəzərdə tutur. Bu cür pozuntuya görə cərimə 7500 avroya qədər ola bilər.

Bununla belə, yeni qanunun bazar ertəsi qüvvəyə minməsinə baxmayaraq, cərimələrin tətbiqinə yalnız oktyabrın 1-dən başlanacaq. İşəgötürənlərə və onların işçilərinə uyğunlaşma üçün vaxt verilib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.