İspaniyada ekstremal istilər yanğınlara səbəb olur
AzerTAg.az
Madrid, 17 iyun, AZƏRTAC
İspaniyada iyun ayında müşahidə edilən ekstremal isti dalğası yanğınların yaranma riskini artırıb və hazırkı yanğın mənbələri ilə mübarizəni çətinləşdirir.
AZƏRTAC İspaniyanın Dövlət Meteorologiya Agentliyinin (AEMET) məlumatına istinadla xəbər verir ki, praktik olaraq bütün ölkə temperaturun artması səbəbindən alışma riski yüksək və ya çox yüksək olan zonada yerləşir.
Kataloniyada hazırda üç yanğın aktivdir, region hökuməti (Jeneralitat) vəziyyəti “maksimum ciddi” kimi xarakterizə edib və “yayın olduqca çətin keçəcəyini” proqnozlaşdırır. Yanğınlar Tarraqona, Lerida şəhərlərində 1600 hektardan çox ərazini məhv edib. Bu ərazilərdə fövqəladə hallar üzrə hərbi bölmələrin dəstəyi ilə 155 yanğınsöndürmə komandası işləyir.
Bu günlərdə Navarra, Uelva, Qranada, Malaqa, Qalisiyada yanğınlar nəticəsində 5 min hektardan çox ərazi məhv olub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid

Xəbərin mətnində orfoqrafik səhv var