DÜNYA
İspaniyada evsizlərin sayı artıb
Madrid, 21 oktyabr, AZƏRTAC
İspaniyada evsizlərin sayı on il ərzində 24,5 faiz artıb.
AZƏRTAC İspaniya Milli Statistika İnstitutuna (INE) istinadla xəbər verir ki, evsizlərin əksəriyyəti kişilərdir (76,7 faiz). Bununla belə, qeyd etmək lazımdır ki, bu vəziyyətdə olan qadınların xüsusi çəkisi 2012-ci ildəki 19,7 faizlə müqayisədə 23,3 faizə yüksəlib. Evsizlərin orta yaşı isə 42,9 ildir.
Evsizlərin 49,9 faizi əcnəbilərdir. Əsasən bunlar Afrika, ABŞ və Avropa ölkələrinin vətəndaşlarıdır.
Evsizlər vəziyyətlərinin əsas səbəbi kimi başqa ölkədən gəldikdən sonra sıfırdan başlamaq zərurətini, işlərinin itirilməsini və evdən çıxarılmasını göstərirlər.
Hoqar Si (evsizliyə son qoymaq üçün milli sosial təşəbbüs) baş direktorunun müavini Maribel Ramosun sözlərinə görə, adətən evsizlərin cinayətkar olduğu düşünülür, lakin reallıq budur ki, onların potensial qurban olma ehtimalı daha yüksəkdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]