Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

İspaniyada fəaliyyət göstərən Barselona Azərbaycan Evinin direktoru Kərim Kərimovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

İspaniyada yaşayan azərbaycanlılar adından Sizə 60 illik yubileyiniz münasibətilə səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırıram.

Sizin müdrik rəhbərliyinizlə qazanılan böyük Qələbə nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Sizin adınız bu Qələbə tarixinin ən gözəl səhifəsində qızıl hərflərlə yazıldı. Siz bütün dünya azərbaycanlılarını bir yumruq kimi birləşdirən qətiyyətli lider, işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı qaldıran Müzəffər Ali Baş Komandansınız.

Sizin ümummilli lider Heydər Əliyevin siyasi xəttini yüksək səviyyədə davam və inkişaf etdirməyiniz müasir dövrdə Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm amildir.

Biz, İspaniyada yaşayan azərbaycanlılar dövlətimizin qayğısını hər zaman öz üzərimizdə hiss edirik. Dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, ürəyimiz hər zaman ölkəmizlə döyünür. Azərbaycan həqiqətlərini beynəlxalq siyasi arenada qətiyyətlə səsləndirən, öz xalqını ailəsi qədər sevən Sizin kimi dövlət başçımızın olması ilə hər zaman fəxr edirik.

Cənab Prezident, biz Sizi dəstəkləyirik, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

 

Kərim Kərimov

İspaniyada fəaliyyət göstərən Barselona
Azərbaycan Evinin direktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin