DÜNYA


İspaniyada işsizlərin sayı artıb

Bakı, 2 aprel, AZƏRTAC

İspaniyada sanitar böhran və ölkənin çaldığı həyəcan təbili fonunda yaranan durğunluq muxtar əyalətlərdə işsizliyin artmasına gətirib çıxarıb.

AZƏRTAC EFE agentliyinə istinadən xəbər verir ki, Əndəlüs əyalətində işsizliyin səviyyəsi 17,18 faizə qədər artıb. Ölkə üzrə işsizliyin orta göstəricisi isə 9,31 faizdir.

Dövlət Məşğulluq Xidmətinin ofislərində qeydə alınan məlumatlara görə, COVID-19 virusunun mart ayında yaratdığı vəziyyət 302 min 265 nəfərin işsiz qalması ilə nəticələnib ki, bunlardan da 138 min 569-u Əndəlüs, 35 min 565-i Valensiya və 21 min 833 nəfəri Kataloniya əyalətinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.