DÜNYA


İspaniyada iyunun 26-dan maska rejimi ləğv olunacaq

Bakı, 18 iyun, AZƏRTAC

İspaniyada COVID-19 pandemiyasının başlanğıcından tətbiq edilən maska rejimi iyunun 26-dan ləğv olunacaq.

AZƏRTAC bu barədə El Pais nəşrinə istinadla xəbər.

“Bu şənbə və bazar günləri bizim ictimai yerlərdə maska taxmağa məcbur olduğumuz son istirahət günləridir. Yaxın zamanda bizim üzümüz və bizim küçələr əvvəlki görkəminə qayıdacaq”, - deyə Baş nazir Pedro Sançes bildirib. Onun sözlərinə görə, bu barədə tədbirlər növbəti cümə axşamı günü, iyunun 24-də Nazirlər Şurasının növbədənkənar iclasında təsdiqlənəcək.

İspaniyada maska taxmaq məcburiyyəti ilk dəfə 2020-ci ilin mayında ictimai nəqliyyatda tətbiq edilib. Bundan bir neçə həftə sonra 6 yaşdan yuxarı sakinlərin küçələrdə maska taxmasına qərar verilib.

Pandemiyanın statistikasını aparan Worldometer saytının iyunun 17-nə olan məlumatına əsasən, İspaniyada koronavirusa 3,75 milyondan çox yoluxma və 80,6 mindən çox ölüm halı qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.