DÜNYA


İspaniyada koronavirus səbəbindən ölənlərin sayında azalma müşahidə edilir

Bakı, 5 aprel, AZƏRTAC

İspaniyada bir sutka ərzində COVID-19 xəstəliyindən 674 nəfər həyatını itirib. Beləliklə, ölkədə artıq üçüncü gündür ki, koronavirus səbəbindən ölənlərin sayında azalma müşahidə edilir.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu, son 10 gündə qeydə alının ən aşağı ölüm halıdır. Hazırda İspaniyada COVID-19 xəstəliyindən həyatını itirinlərin ümumi sayı 12 min 418 nəfər, sağalanların sayı isə 38 min 80 nəfər təşkil edir.

İspaniya hakimiyyəti xəstəliyin yayılması tempinin azalması fonunda ölkənin normal funksiya göstərməsi, xüsusən fəaliyyəti faktiki olaraq dayandırılan iqtisadiyyatı və istehsalatı bərpa etmək barədə, düşünməyə başlayıb.

Müsbət tendensiyaya baxmayaraq, ölkənin Baş naziri Pedro Sançez fövqəladə vəziyyət rejiminin daha iki həftə uzadılması barədə parlamentə müraciət etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.