DÜNYA


İspaniyada miqrasiyanın siyasiləşdirilməsi düşmənçilik əhval-ruhiyyəsinə gətirib çıxarır

Madrid, 7 fevral, AZƏRTAC

Avropada miqrasiya fenomeninin neqativ şəkildə hipersiyasiləşdirilməsi dəniz vasitəsilə gələn miqrantların sayının nəzərəçarpacaq dərəcədə artması ilə birlikdə İspaniyada “həyəcan siqnalının” çalınmasına gətirib çıxarıb. Ölkədə miqrasiya siyasətində düşmənçilik meyilləri əmələ gətirən “Vox” kimi miqrasiyaya əleyhinə ifrat milliyyətçi sektorlar meydana çıxıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Miqrasiya və siyasi arenanın mərkəzində sığınacaq” mövzusunda keçirilən “CaixaForum”da təqdim edilən Barselona Beynəlxalq Münasibətlər Mərkəzinin (CIDOB) “Miqrasiya 2018” illik nəşrində bildirilir. İspaniyada miqrasiya siyasətinin xüsusiyyətləri və meyillərinin təhlil edildiyi məcmuədə miqrasiya məsələlərinin neqativ şəkildə siyasiləşdirilməsində ittihamlara xüsusi diqqət yetirilir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.