DÜNYA


İspaniyada qatarla lokomotivin toqquşması nəticəsində 29 nəfər yaralanıb VİDEO

Bakı, 13 iyun, AZƏRTAC

İspaniyanın Kataloniya muxtar vahidinin Tarraqona əyalətinə daxil olan Vila-Seka bələdiyyəsi ərazisində dəmir yolu qəzası baş verib.

AZƏRTAC İspaniya mediasına istinadla xəbər verir ki, Barselonadan Tortosa şəhərinə gedən sərnişin qatarı ilə lokomotivin toqquşması nəticəsində 29 nəfər xəsarət alıb. Yaralılardan beşinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata əsasən, qəzaya lokomotivin işıqforun qadağanedici işarəsinə baxmayaraq hərəkət etməsi səbəb olub. Hazırda hadisə ilə bağlı təhqiqat aparılır. Versiyalardan birinə görə, insident lokomotivin əyləc sistemində yaranan problem səbəbindən baş verə bilərdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.