İDMAN


İspaniyada şahmatçılarımızdan bir qələbə

Bakı, 4 dekabr, AZƏRTAC

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, dördüncü turda şahmatçılarımızdan yalnız Eltac Səfərli qələbə qazanıb. Xalların sayını 3-ə çatdıran təmsilçimiz bu nəticə ilə 8-33-cü yerləri bölüşür.

Digər təmsilçimiz Aydın Süleymanlı dördüncü turu heç-heçə ilə başa vurub, Məhəmməd Muradlı isə rəqibinə uduzub. Hər iki şahmatçımızın aktivində 2,5 xal var.

İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.