DÜNYA


İspaniyada törədilmiş terror aktlarından sonra İtaliyada da təhlükəsizlik tədbirləri gücləndirilir

Roma, 20 avqust, AZƏRTAC

İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarından sonra İtaliyanın paytaxtı Romada təhlükəsizlik tədbirləri gücləndirilir.

Daxili İşlər Nazirliyinin qərarına əsasən, şəhərin mərkəzinə gedən icarədə olan bütün avtomobillər yoxlanılacaq. Artıq İspaniya ilə sərhəd bölgələrdə və insanların daha sıx olduğu “həssas” yerlərdə təhlükəsizlik tədbirləri artırılır.

İtaliyanın daxili işlər naziri Marko Minniti terror təhlükəsinin hər zaman olduğunu, buna görə də təhlükəsizlik tədbirlərinin gücləndirildiyini bildirib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.