İspaniyada vaksinləmə sayına görə yeni sutkalıq rekord müəyyən edilib
AzerTAg.az
Madrid, 7 may, AZƏRTAC
İspaniyada koronavirus əleyhinə peyvəndlənənlərin sayı sutka ərzində 574.014 nəfər təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu, vaksinləmə sayı üzrə yeni rekorddur. Beləliklə, ispanların 27,3 faizinə artıq vaksinin birinci dozası vurulub və bu faiz yaşı 60-dan yuxarı şəxslər arasında 80 faizi üstələyir.
İspaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, koronavirusa yoluxmanın səviyyəsi son 14 gün ərzində Kataloniya istisna olmaqla, ölkənin bütün regionlarında aşağı düşür.
Hazırda xəstəxanalara COVID-19-a yoluxan 8900 pasiyent (çərşənbə günü ilə müqayisədə 232 nəfər az), o cümlədən intensiv müalicə şöbələrinə 2212 nəfər (çərşənbə günü ilə müqayisədə 19 nəfər az) yerləşdirilib. Bu həftə xəstəxanalara yatırılanların sayında 768 nəfər, o cümlədən intensiv müalicə şöbələrində 96 nəfər azalma müşahidə edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
Xəbərin mətnində orfoqrafik səhv var














