CƏMİYYƏT


İspaniyadan idxal edilən badam tingləri məhv edilib

Bakı, 18 iyul, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən fitosanitar nəzarət tədbirləri zamanı İspaniyadan Azərbaycana idxal edilən 13 min 271 ədəd badam tingində xüsusi təhlükəli xəstəlik bakterial fır aşkar olunub.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, xəstəlik təhlükəli olduğuna görə ölkəmizdə yayılmasının qarşısını almaq üçün badam tingləri Bakı bərk məişət tullantılarının yandırılması zavodunda yandırılaraq məhv edilib.

Qeyd edək ki, bakterial fır yoluxucu xəstəliklərdən biridir, bitkilərin köklərinə mexaniki zədələnmələr, zərərvericilərin təsiri və köklərin inkişafı zamanı qabıqların çatlaması yolu ilə daxil olur. Kökə daxil olmuş bakteriyaların təsiri nəticəsində kök toxumalarının hüceyrələri sürətlə bölünüb böyüyərək xərçəng şişkinliyi əmələ gətirir. Həmin bakteriya 18 fəsilədən çox bitkidə (çuğundur, kələm, pomidor, günəbaxan, üzüm, qərənfil, qızılgül, söyüd və s.) parazitlik edir, tumlu, çəyirdəkli və giləmeyvə bitkilərinin tinglərinə daha çox yoluxur və nəticədə bitkinin məhvinə səbəb olur.

Xəstəliyə qarşı mübarizə aparmaq məqsədi ilə torpağa fosfor və kalium gübrələrinin verilməsi tövsiyə edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.