CƏMİYYƏT


İspaniyalı alimlər koronavirusun mövsümi xəstəlik olduğunu sübut ediblər

Madrid, 23 oktyabr, AZƏRTAC

Barselona Qlobal Səhiyyə İnstitutunun alimləri iddia edirlər ki, koronavirus qrip kimi mövsümi xəstəliyə çevrilib.

AZƏRTAC xəbər verir ki, alimlərin gəldiyi nəticələr “Nature Computational Science” jurnalında dərc edilib. Tədqiqatçılar müəyyən ediblər ki, rütubətin aşağı olması və soyuq kimi amillər bu virusun fəallığına təsir edir. Hava nə qədər soyuq və quru olsa, COVID-19 bir o qədər sürətlə yayılır. Bu iki şərtin birgə müşahidə olunduğu ölkələrdə pandemiya daha ölümcül olur.

Alimlər koronavirus dalğalarının başlanmasını da rütubətin və havanın temperaturunun aşağı olduğu dövrlərlə izah edirlər. Bu nəticələr epidemioloqlara pandemiyanın gedişini daha dəqiq proqnozlaşdırmağa və xəstəliyin şiddətləndiyi vaxtları əvvəlcədən söyləməyə imkan verəcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.