İDMAN
İspaniyalı pilot: Yarışın təşkilini çox bəyəndim
Madrid, 18 iyun, AZƏRTAC
“Toro Rosso”nun ispaniyalı pilotu Karlos Sayns Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışının təşkilindən yaxşı mənada təəccübləndiyini deyib. İspaniyanın “Antena3” televiziya kanalına müsahibə verən idmançı bildirib: “İlk test yürüşüm zamanı mən treki quruluşunu çox bəyəndim. Trek kənarlarında qurulmuş divarlar şəffafdır və bu da adrenalini artırır. Mən bundan zövq alıram. Trek elə qurulub ki, pilotdan maksimum diqqət və dəqiqlik tələb edir”.
Xatırladaq ki, iyunun 17-də Formula-1-in ikinci test yürüşündə saatda 351 kilometr sürət qeydə alınıb. “Torro Rosso”nun pilotu Karlos Sayns bu sürət göstəricisi ilə yarışın ilk gününün rekordçusu olub.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:32]
Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]