İDMAN
İspaniyanın 17 yaşadək futbolçuları Hollandiya yığmasının qapısından iki cavabsız top keçirib VİDEO
Bakı, 6 may, Elşad Qəzvini, AZƏRTAC
Mayın 6-da 17 yaşadək futbolçular arasında Avropa çempionatının “C” qrupunda yer alan İspaniya və Hollandiya milliləri üz-üzə gəlib. “Dalğa Arena”da keçirilən görüşdə İspaniyanın 17 yaşadək futbolçuları Hollandiya komandasının qapısından iki cavabsız top keçirib.
AZƏRTAC xəbər verir ki, xorvatiyalı baş hakim Fran Joviçin idarə etdiyi matçda hesab 16-cı dəqiqədə açılıb. Xordi Mbula hollandların qapısına yol tapıb. Görüşün son nəticəsini müəyyənləşdirən qola 52-ci dəqiqədə Abel Ruiz imza atıb.
Beləliklə, ilk turdan sonra İspaniya üç xalla “C” qrupunun lideri olub. Turun digər oyununda İtaliya yığması Serbiyanı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.