İQTİSADİYYAT


İspaniyanın BBVA bankının mobil proqram əlavəsi yenə dünyada ən yaxşı hesab edilib

Madrid, 6 oktyabr, AZƏRTAC

“The Forrester Banking Wave: Global Mobile Apps Summary 2018” tədqiqatının nəticələrinə görə, İspaniyanın BBVA bankının mobil proqram əlavəsi yenə dünyada ən yaxşı proqram əlavəsi hesab edilib.

AZƏRTAC xəbər verir ki, tədqiqat prosesində 11 ölkədə - İspaniya, ABŞ, Kanada, Böyük Britaniya, Çin, Polşa, Türkiyə, Fransa, Hindistan, Avstraliya və İtaliyada tətbiq olunan 42 proqram əlavəsi təhlil edilib. Ekspertlər bu nəticəyə gəliblər ki, İspaniyanın BBVA bankının mobil proqram əlavəsi təkcə funksionallığa görə deyil, həm də bir sıra başqa mühüm göstəricilər üzrə öz rəqiblərini üstələyir. Xüsusi halda, bu proqram əlavəsindən istifadə edən müştərilərə hər ayın sonunda başqa maliyyə təşkilatları da nəzərə alınmaqla, onların bütövlükdə hansı vasitələrə malik olmaları haqda hesabat təqdim edilir. Bu halda onların xərcləri və gəlirləri araşdırılaraq, maddi durumun yaxşılaşmasına yönəldilmiş iş planı tərtib edilir.

Hazırda bütün dünyada BBVA bankının “rəqəmsal” müştərilərinin sayı 25,1 milyona çatıb.

Reytinqdə ikinci yeri Türkiyənin Garanti bankının proqram əlavəsi tutur. BBVA bu bankın majoritar səhmdarıdır.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.