DÜNYA


İspaniyanın Baş naziri: İtaliya Avropa İttifaqının xaricində qalmamalıdır

Roma, 4 noyabr, AZƏRTAC 

İspaniyanın miqrasiya məsələlərindən tutmuş inteqrasiyaya qədər problemlərin birgə həlli üçün İtaliyaya ehtiyacı var.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Corriere della Sera” qəzetinə müsahibəsində İspaniyanın Baş naziri Pedro Sançez söyləyib.

İtaliyanın Avropa İttifaqının inkişafında mühüm rol oynadığını söyləyən Baş nazir İspaniyanın sosial və iqtisadi problemlərin həllində Romaya ehtiyac duyduğunu vurğulayıb. Pedro Sançez bildirib ki, İtaliya Avropa İttifaqının xaricində qalmamalıdır. O, İtaliyanın büdcə layihəsini dəstəklədiyini və Brüsselin bu ölkəyə ehtiyacı olduğunu əlavə edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.