DÜNYA


İspaniyanın Baş naziri Türkiyə Prezidentinin Ukraynada hərbi əməliyyatların dayandırılmasına kömək etməyə yönəlmiş səylərini yüksək qiymətləndirib

Madrid, 30 iyun, AZƏRTAC

Bu gün NATO-nun sammiti çərçivəsində İspaniyanın Baş naziri Pedro Sançes Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, P.Sançes Türkiyə Prezidentinin Ukraynada hərbi əməliyyatların dayandırılmasına, cənub cinahını möhkəmləndirməyə və terrorizmə qarşı mübarizəyə kömək etməyə yönəlmiş səylərini yüksək qiymətləndirib.

Pedros Sançes vurğulayıb ki, Türkiyə və İspaniya Avroatlantika regionunda təhlükəsizliyə sadiqlik mövqeyindədirlər. Baş nazir İsveçin və Finlandiyanın alyansa qoşulması məsələsində Türkiyə öz vetosunu geri götürəndən sonra bu məsələdə əldə edilmiş tərəqqini də yüksək qiymətləndirib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.