DÜNYA


İspaniyanın Baş naziri Ukrayna məsələsini müzakirə etmək üçün Çinə gedir

İspaniyanın Baş naziri Ukrayna məsələsini müzakirə etmək üçün Çinə gedir

Bakı, 29 mart, AZƏRTAC

İspaniya hökumətinin başçısı Pedro Sançes martın 30-da Çinə gedəcək və ÇXR-in Sədri Si Cinpinlə görüşərək Ukrayna ətrafında yaranmış vəziyyəti müzakirə edəcək.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, Pedro Sançes Si Cinpinin Moskvaya səfərindən sonra onunla görüşən ilk Avropa lideri olacaq. İspaniyanın Baş naziri Ukraynadakı müharibənin məsuliyyətinin Rusiyanın üzərində olduğu barədə Madridin mövqeyini, həmçinin Avropa İttifaqı ölkələrinin bu fikirlə yekdilliklə razılaşdığını Çin liderinə çatdıracaq.

Qeyd edək ki, fevral ayında Çin Xarici İşlər Nazirliyi Ukraynada müharibənin siyasi yolla həlli üzrə Pekinin mövqeyinin əks olunduğu sənədi dərc edib. Həmin sənəddə danışıqlar Ukraynada müharibəyə son qoymağın yeganə vasitəsi kimi dəyərləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.