DÜNYA


İspaniyanın Baş naziri növbədənkənar seçkilər keçirmək niyyətindədir

Madrid, 11 fevral, AZƏRTAC 

İspaniyanın Baş naziri Pedro Sançes mayın 26-na nəzərdə tutulan muxtar qurumlara, bələdiyyə və Avropa hakimiyyət orqanlarına seçkilərdən ay yarım əvvəl - aprelin 14-də ümumxalq seçkiləri keçirmək niyyətindədir.

AZƏRTAC EFE xəbərlər agentliyinə istinadla xəbər verir ki, əgər seçkilər həqiqətən aprelin 14-nə təyin edilsə, onda Baş nazir Pedro Sançesin parlamenti fevralın 19-na kimi buraxmaq üçün cəmi 8 gün vaxtı var. Belə ki, qanuna görə, seçkilər elan edildiyi vaxtdan 54 gündən gec olmayaraq təşkil edilməlidir.

Baş nazirin bəyanatı fevralın 10-da Madriddə on minlərlə insanın iştirak etdiyi mitinqdən sonra səslənib. Xatırladaq ki, mitinq iştirakçıları ölkənin ərazi bütövlüyünün qorunub saxlanılmasını və növbədənkənar seçkilərin təşkil olunmasını tələb ediblər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.