SİYASƏT
İspaniyanın Dövlət Televiziyasında Ağdamın işğaldan azad olunması ilə bağlı süjet yayımlanıb VİDEO
Madrid, 21 noyabr, AZƏRTAC
İspaniyanın Dövlət Televiziyasının (RTVE) “Xəbərlər” proqramının buraxılışında noyabrın 20-də Azərbaycanın Ağdam rayonunun işğaldan azad olunması ilə bağlı süjet yayımlanıb.
AZƏRTAC xəbər verir ki, süjetdə Azərbaycan və Rusiyanın prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata əsasən Azərbaycan silahlı qüvvələrinin Ermənistan işğalından azad edilmiş Ağdam rayonuna daxil olduqları bildirilir.
Qeyd olunur ki, Ağdamda qanunsuz olaraq məskunlaşmış erməni əhalisi rayon ərazisini vandalizm aktları törədərək tərk edirlər.
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Madrid