İQTİSADİYYAT


İspaniyanın “El Economista” portalı Azərbaycanda pambıqçılığın sürətli inkişafından yazır

Madrid, 24 oktyabr, AZƏRTAC 

İspaniyanın eleconomista.es portalında “Neftdən sonra necə yaşamalı? Sinqapur və Azərbaycan günəş və pambığı seçir” sərlövhəli geniş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırmasından, xüsusilə pambıqçılığın sürətlə inkişaf etdirilməsindən söz açılır.

İspaniya portalı yazır ki, Azərbaycanda son 2 ildə pambığın əkin sahəsi 136 min hektara çatdırılıb. Pambıqçılıqda 200 min nəfər insanın məşğulluğunun təmin ediləcəyi qeyd edilir. Bu rəqəm neft sektorunda çalışanlarla müqayisə edilir və pambıqçılığın əhalinin məşğulluğu baxımından böyük potensialı qabardılır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.