SİYASƏT


İspaniyanın “Marca” nəşri “Qarabağ” klubu haqqında yaydığı yanlış məlumata görə üzr istəyib

Madrid, 22 avqust, AZƏRTAC

İspaniyanın “Marca” nəşri “Qarabağ” futbol klubu haqqında yaydığı yanlış məlumata görə üzr istəyib və mətndə dəyişiklik edilib.

Azərbaycanın İspaniyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, dünən İspaniyanın məşhur "Marca" nəşrinin "Futbol sərhədləri aşanda" ("Cuando el futbol cruza fronteras") adlı məqaləsində Dağlıq Qarabağ Azərbaycana tabe olmayan ərazi kimi göstərilmiş, "Qarabağ" futbol klubunun həmin əraziyə məxsusluğu ilə bağlı həqiqətəuyğun olmayan məlumatlara yer verilmişdi.

Səfirlik tərəfindən məsələyə dərhal reaksiya verilərək redaksiya ilə əlaqə saxlanılıb, sözügedən məqalədə yer alan məlumatlara etiraz edilib. Eləcə də həmin məlumatların korreksiya edilməsi və ya mətndən çıxarılması ilə bağlı baş redaktora yazılı müraciət edilib.

Məsələ ilə bağlı "Qarabağ" futbol klubu da "Мarca" nəşrinə etirazını bildirib.

Görülən tədbirlər nəticəsində "Marca" nəşri bu gün məqalədə müvafiq dəyişiklikləri etməklə öz üzrxahlığını bildirib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.