DÜNYA


İspaniyanın Palma adasında güclü zəlzələ olub

Bakı, 20 oktyabr, AZƏRTAC

İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında (Atlantik okeanı) Kumbre-Vyexa vulkanının püskürməyə başlamasından bəri ən güclü zəlzələ olub.

AZƏRTAC İspaniya KİV-lərinə istinadla xəbər verir ki, maqnitudası 4,8 bal olan zəlzələ 39 kilometr dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar qonşu Tenerife və Homera adalarında da hiss olunub.

Seysmoloqların məlumatına görə, son həftə ərzində Palma adasında 500-dən çox, ayarımda isə bir neçə min yeraltı təkan baş verib.

Kumbre-Vyexa vulkanı sentyabrın 19-da püskürməyə başlayıb. Lava 800 hektar ərazini örtüb və təxminən iki min tikilini məhv edib, onların yarısı yaşayış binalarıdır. Bu günədək adadan 7 minə yaxın insan təxliyə edilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.