SİYASƏT
İspaniyanın “Telemadrid” kanalında Azərbaycanla bağlı veriliş yayımlanacaq
Madrid, 8 noyabr, AZƏRTAC
Noyabrın 11-də yerli vaxtla saat 22:00-da İspaniyanın “Telemadrid” televiziya kanalında Azərbaycana həsr olunan veriliş yayımlanacaq.
Artıq bir neçə gündür ki, “Madrilenos por el mundo” verilişinin növbəti buraxılışının Azərbaycana həsr olunması barədə anons verilir. Anonslarda qeyd olunur ki, Azərbaycanın paytaxtı Bakı göydələnləri, brend otelləri ilə seçilən, küçələrində bahalı avtomobillər şütüyən müasir şəhərdir.
Bildirilir ki, Azərbaycan tarixi İpək Yolunun bir hissəsidir, mədəniyyətlərin qovuşuğunda yerləşir, enerji resursları ilə zəngin ölkədir. 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçiriləcəyi ölkəmizin sürətli inkişaf göstəricisi kimi qeyd olunur.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid