DÜNYA


İspaniyanın beynəlxalq imici COVID-19 böhranının bütün ağırlığına baxmayaraq pisləşmir

Madrid, 11 sentyabr, AZƏRTAC 

İspaniya 55 ölkə arasında 13-cü sırada yer alan dəyərli ölkələrdən biri olaraq qalır. AZƏRTAC xəbər verir ki, bu barədə Elkano Kral Beynəlxalq Araşdırmalar İnstitutu tərəfindən aparılan illik araşdırmada deyilir. Yüz baldan 76-nı toplayan İspaniya dünya səviyyəsində yüksək sıralarda qalır və COVID-19 pandemiyasının ölkəyə vurduğu ziyanın ciddiliyinə baxmayaraq, nüfuzuna zərər dəyməyib.

Kral İnstitutunun məlumatına görə, İspaniya İtaliya (16), Böyük Britaniya (18), Almaniya (19), Fransa (20) kimi Avropa ölkələrini qabaqlayır. Reytinqdə İsveçrə, Norveç, Finlandiya, İsveç, Danimarka, Yeni Zelandiya, Avstraliya və Kanada liderlik edir.

Tədqiqat 2020-ci ilin mart və aprel aylarında, yəni qlobal pandemiyanın ən çətin dövründə aparılıb. O zaman İspaniya infeksiya, ölüm halı və yoluxmuş səhiyyə işçilərinə dair göstəriciləri ilə rekord qırdı. Lakin epidemiyaya qarşı mübarizədəki bu məlumatlar və səhvlər, İspaniyanın “Böyük Səkkizliyin” keçmiş üzvləri və Latın Amerikası dövlətləri arasındakı yüksək imicini zəiflətmədi.

İspaniyanın nüfuzu həmişəki kimi əhəmiyyətli dərəcədə sakinlərinin əhval-ruhiyyəsi, həyat tərzi, təbii mühit, istirahət və əyləncə imkanları ilə əlaqəli daha yumşaq dəyişən amillərdən asılıdır. Texnologiya və yenilik səviyyəsi, markaların və şirkətlərin tanınması və təhsil sistemi kimi ən mürəkkəb dəyişən amillər də yaxşılaşmaqda davam edir.

2009-cu ildən bəri hər il aparılan tədqiqat əsas iqtisadi göstəricilər üzrə inkişaf səviyyəsini, həyat keyfiyyətini və institusional keyfiyyətin beynəlxalq qiymətləndirilməsini təhlil edir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.