DÜNYA


İspaniyanın feminist təşkilatları qadın hüquqları ilə “alver edən” partiyalara qarşı çıxırlar

Madrid, 10 yanvar, AZƏRTAC 

İspaniyanın feminist təşkilatları bəyan edirlər: “Gender zorakılığının inkar edilməsi ilə Holokostun inkar edilməsi arasında heç bir fərq yoxdur”.

AZƏRTAC xəbər verir ki, Əndəlis parlamentində təmsil olunan mühafizəkar “Vox” partiyası gender zorakılığına qarşı mübarizə tədbirlərinin aradan qaldırılması məsələsini öz seçkiqabağı proqramına daxil etdikdən sonra bunu qadın hüquqlarının qəti və yolverilməz şəkildə pozulması kimi dəyərləndirən, Konstitusiyanın pozulması kimi nəzərdən keçirən yüzdən çox feminist qrupunun və bütün ictimai universitetlərin feminist və gender tədqiqatları platformalarının nümayəndələri birləşiblər.

Mütərəqqi Qadınlar Federasiyasının prezidenti Yolanda Besteyro bildirib: “Biz uzunmüddətli kampaniya elan edirik. Qadınların hüquqlarının pozulmasına yol verməyəcəyik”.

Feminist təşkilatları yazda nəzərdə tutulan yerli və regional seçkilərdə qadınların səslərinin səfərbərliyə alınmasına təşviq edən manifestlə çıxış ediblər.

Feminist kampaniyaları yanvarın 15-də Əndəlis parlamentinin qarşısında mitinqlə başlayacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.