DÜNYA


İspaniyanın iri şəhərlərində koronavirusun yayılma sürəti ÜST-ni narahat edir

İspaniyanın iri şəhərlərində koronavirusun yayılma sürəti ÜST-ni narahat edir

Madrid, 28 yanvar, AZƏRTAC

Bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu İspaniyada son həftələr ərzində yeni yoluxma hallarının sayının artması ilə bağlı narahatlığını bildirib və qeyd edib ki, bu göstəricilərin azalması üçün daimi səylər tələb olunur.

AZƏRTAC xəbər verir ki, Fövqəladə hallar üzrə idarənin rəhbəri Katrin Smollvud mətbuat konfransında çıxış edərək İspaniyada yoluxma hallarının böyük sayının müşahidə olunduğunu bildirib. Bu göstəricinin son həftə ərzində təqribən 200 minə bərabər olması xüsusi narahatlıq doğurur. Ölkədə, xüsusən iri şəhərlərdə infeksiyanın ötürülməsi geniş yayılıb, xəstəxanalar dolub.

K.Smollvud bildirib ki, ÜST ekspertləri İspaniyada yoluxmaların artımının niyə qaçılmaz olduğunu və “Sars-CoV2”nin yeni mutasiyalarının potensial təsirini müzakirə edirlər. Yoluxmaların sayının artması Milad bayramları və bayramdan sonrakı dövrün nəticəsi ola bilər.

K.Smollvudun sözlərinə görə, göstəricilərin azaldılması üçün daimi səylər tələb olunur. Lakin son 2 gündə biz yeni yoluxma hallarının qeydə alınmasında sabitliyin şahidi olmuşuq və ümidvarıq ki, bu, yaxın həftələrdə tədrici azalmaya gətirib çıxaracaq.

İspaniyanın Səhiyyə Nazirliyinin məlumatına görə, epidemiyanın miqyası öz tarazlığını yenidən dəyişir. Bu çərşənbə günü 14 gün ərzində əhalinin 100 min nəfərinə düşən yoluxmaların sayı 899,93-ə, yəni 40.825 yeni yoluxma faktına bərabər olub.

Beləliklə, İspaniyada koronavirusa yoluxanların sayı 2.774.014 nəfər təşkil edir, 57.291 nəfər bu xəstəlik ucbatından vəfat edib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.