CƏMİYYƏT


İspaniyanın üç şəhəri UNISEF-in uşaqlara dost şəhərlər müsabiqəsinin qalibi adını qazanıb

Madrid, 19 oktyabr, AZƏRTAC

İspaniyanın Ovyedo, Mislata və Torrelodones şəhərləri UNISEF-in uşaqlara dost şəhərlər beynəlxalq müsabiqəsinin qalibi olublar.

AZƏRTAC xəbər verir ki, “Child Friendly Cities Inspire Awards” mükafatının təqdimetmə mərasimi Kölndə, uşaqlara dost şəhərlərin birinci qlobal sammiti zamanı keçirilib. Sammit dünyanın 60-dan artıq ölkəsindən 550-dən çox iştirakçını – merləri, yerli liderləri, texniki ekspertləri, uşaq və gəncləri yerli səviyyədə uşaq hüquqlarının icrası və genişləndirilməsinə innovasiyalı yanaşmaları müzakirə etməkdən ötrü bir yerə toplayıb.

Bu şəbəkə yerli hakimiyyət orqanlarını uşaqların rifahı naminə daha qəti qərarların qəbul olunmasına məcbur etmək üçün əsas kimi 1996-cı ildə yaradılıb. Elə həmin ildə UNİSEF uşağın hərtərəfli inkişafı üçün təhlükəsiz marşrutla məktəbə getmək, oynamaq üçün yerə malik olmaq, hər hansı səbəbdən ayrı-seçkiliyə məruz qalmamaq və ya daha ciddi vəziyyətlərdə sosial müdafiəyə malik olmaq kimi əlverişli şəraitin yaradılmasını təsdiqləyən sertifikat yaradıb. Bunlar həmin cədvəldə şəhərlərə xal gətirən elementlərin bəziləridir. Həmin vaxtdan 46 ölkədə yüzlərlə şəhər ən yaxşı təşəbbüslər üzrə mükafatlanmaya görə ilk dəfə olaraq müsabiqə elan edən bu ümumdünya şəbəkəsinə qoşulub.

İspaniyada sertifikatlar 2001-ci ildən başlayaraq iki ildə bir dəfə verilir. Şəbəkə 277 yerdən ibarətdir ki, bu da əhalinin uşaq təbəqəsinin 42 faizini təşkil edir.

Ovyedo şəhəri “Ayrı-seçkiliyin olmaması və bərabərlik” kateqoriyasında qalib olub. 140 uşaq onlardan ibarət uşaq şəhər şurasında tələbatlarının müzakirəsindən ötrü vaxtaşırı toplaşırlar. Valensiyanın 43 min sakini olan Mislata şəhəri “Ətraf mühitin təhlükəsiz ekoloji vəziyyəti” nominasiyasında mükafat alıb. Madridin Torrelodones şəhər şurası isə “Uşaqlar üçün sosial xidmətlər” nominasiyasında finala çıxıb.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.