İDMAN


İspaniyanın üçüncü futbol liqasında 452 min avroya yer almaq olar

Madrid, 23 iyul, AZƏRTAC

İndi İspaniyanın istənilən futbol klubu pul müqabilində ölkənin üçüncü liqasında yer ala bilər.

AZƏRTAC xəbər verir ki, İspaniya Kral Futbol Federasiyası yer satışa çıxarıb. Üçüncü liqada yer almağın qiyməti 452 min avrodur. Təklifdən iyulun 25-nə qədər istifadə etmək olar.

Əgər yeri bir neçə klub almaq istəsə, onda idman nailiyyətləri daha yüksək olan klub seçiləcək. Əgər heç bir iddiaçı olmasa, qiymət iki dəfə aşağı salınacaq.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.