DÜNYA


İspaniyaya gələn miqrantların təxminən yarısı zorakılıq və ya sərt rəftarın qurbanlarıdır

Madrid, 13 aprel, AZƏRTAC

2017-ci ilin ikinci yarısı və 2018-ci il ərzində olan dövrdə İspaniyaya gələn miqrantların təxminən yarısı fiziki zorakılıq, insan oğurluğu və qul əməyindən əziyyət çəkdiklərini bildiriblər.

AZƏRTAC Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Kamerun, Qambiya və Qvineyadan olan miqrant və qaçqınlarla aparılan 1341 müsahibədən sonra hazırlanmış hesabatına istinadla xəbər verir ki, rəyi soruşulan insanların 48 faizi bu göstəricilərin ən azı birindən əziyyət çəkiblər. Qeyri-leqal miqrasiyaya qarşı mübarizədə İspaniyanın tərəfdaşı olan Mərakeş rəyi soruşulanların daha çox zorakılıqdan əziyyət çəkdikləri ölkə olub.

Fiziki zorakılıq daha çox yayılan təcavüz növüdür və sorğuda iştirak edənlərin 41 faizi tərəfindən yada salınır. Qurbanlar arasında əsasən tək, həmçinin qrup halında və ailə ilə səyahət edən kişilər daha çox fərqlənir. Hesabatda bildirilir ki, bütün ailə ilə səyahət yalnız qadınlara bəzi müdafiəni təmin edir, çünki ailə üzvləri ilə miqrasiya edən kişilər daha çox təhqirə məruz qalırlar.

Miqrantların səfərlərinin davamı əksər hallarda son mərhələdə vəsait çatışmazlığı və iş taparaq yola davam etməkdən ötrü pula qənaət etməsi ilə bağlıdır. Vəziyyətin bu cür inkişafı miqrantların təhqir olunması hallarının açıq-aşkar çoxalmasına səbəb olur. BMqT-nin məlumatına görə, miqrantların 63 faizi yolda bir ildən çox vaxt sərf ediblər.

Öz ölkələrindən yola düşən 51 faiz kişi və 53 faiz qadın miqrantların təyinat ölkəsi İspaniyadır. Onun ardınca Fransa və bütövlükdə Avropa gəlir. Miqrantların üçdə ikisi bildirir ki, məhz İspaniyada qalmaq niyyətindədirlər, çünki Avropanın digər ölkələrində vəziyyət onların gözlədiklərindən daha mürəkkəbdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.