CƏMİYYƏT


“İsrafil Hüseynov” gəmisinin boru istehsal xəttindəki qəza nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb

Bakı, 9 may, Elvin Camalov, AZƏRTAC

“İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində layihə ilə əlaqəli avadanlıqda baş verən qəza nəticəsində yaralananlar xəstəxanaya çatdırılıb.

AZƏRTAC “Saipem” şirkətinə istinadla xəbər verir ki, mayın 8-də saat 18:30 radələrində “Saipem” şirkəti tərəfindən əməliyyat işləri aparan “İsrafil Hüseynov” borudüzən gəmisində boru istehsal xəttində avadanlıqda baş verən nasazlıq nəticəsində yanğın hadisəsi olub. Yanğın zamanı gəmi heyətindən olmayan 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananlar “Citadel” gəmisi vasitəsilə Bakı sahilinə çatdırılaraq dərhal Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. Hadisə “Saipem” şirkəti tərəfindən nəzarətə götürülüb və müntəzəm olaraq ictimaiyyətə məlumat veriləcək.

Həmçinin vurğulanıb ki, baş vermiş hadisə zamanı gəmi heyətindən xəsarət alan olmayıb və gəminin gələcəkdə təhlükəsizlik fəaliyyətinə səbəb olacaq risk yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.