İDMAN


İsrail–Azərbaycan oyununun vaxtı dəyişdirilib

Bakı, 24 avqust, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində avqustun 31-də keçiriləcək İsrail–Azərbaycan oyununun vaxtı İsrail Futbol Federasiyasının teleyayımla əlaqədar müraciətinə əsasən dəyişdirilib.

AFFA-dan AZƏRTAC-a bildiriblər ki, qarşılaşma əvvəlcədən xəbər verildiyi kimi, Bakı vaxtı ilə saat 20:00-da deyil, 20:30-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.