İQTİSADİYYAT


“İsrail İnnovasiya Mübadilə Proqramı”nın məzunlarına sertifikatlar təqdim olunub

Bakı, 19 mart, AZƏRTAC

Martın 19-da Yüksək Texnologiyalar Parkının reallaşdırdığı “İsrail İnnovasiya Mübadilə Proqramı”nı (Israel Innovation Exchange Program) uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.

AZƏRTAC xəbər verir ki, proqram iştirakçılarına sertifikatların təqdimetmə mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, İsrailin Azərbaycandakı səfiri Dan Stav və İsrail səfirliyinin missiya rəhbərinin müavini Avital Rosenberg iştirak ediblər.

E.Vəlizadə bildirib ki, “İsrail İnnovasiya Mübadilə Proqramı” Azərbaycan startaplarına və innovasiya ekosisteminin liderlərinə İsrailin akseleratorlarıyla əməkdaşlıq, qlobal investorlarla görüş imkanı yaradıb.

Tədbir çərçivəsində Dan Stav proqram məzunları ilə tanış olub və onların səfər təəssüratlarını dinləyib. D.Stav səfirliyin dəstəklədiyi və əməkdaşlıq etdiyi mübadilə proqramlarının Azərbaycanda sahibkarlığın inkişafına dəstəyi mövzusunda danışıb.

Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli proqram haqqında fikirlərini bölüşüb və gələcəkdə İsrailin akselerator və investorları ilə daha geniş əməkdaşlıq perspektivləri barədə danışıb.

Rəsmi hissədən sonra startapçılar ilə birgə müzakirələr aparılıb və mübadilə proqramının məzunlarına səfir və nazir müavini tərəfindən sertifikatlar verilib.

Xatırladaq ki, martın 4-8-də Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşkilatçılığı ilə startap və innovasiya ekosisteminin nümayəndələrinin iştirakıyla “İsrail İnnovasiya Mübadilə Proqramı” çərçivəsində Qüds və Təl-Əviv şəhərlərinə işgüzar görüşlər keçirilib.

Nümayəndə heyəti, həmçinin Qüds şəhərində “2019 OurCrowd Global Investors Summit” konfransında da iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.