CƏMİYYƏT


İsrail Təhlükəsizlik Akademiyası: Azərbaycan dünyanın ən nümunəvi tolerant və multikultural ölkəsidir

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycanda bütün millətlər və dinlər bir-birinə qardaşdır. Burada hər kəs bir-birinə doğmadır. Dünyada Azərbaycan kimi ikinci belə ölkə yoxdur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yaydığı məlumatda yer alıb.

Qeyd olunub ki, müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, dahi şəxsiyyət, dünya siyasətinin fenomeni olan Heydər Əliyev üçün dövlət siyasətində tolerantlıq, multikultural mədəniyyət və dəyərlər ən başlıca məsələ olub. Beləliklə, Azərbaycanda yaşayan bütün millətlər və etnik xalqlar arasında əbədi qardaşlıq bərqərar oldu‚ ölkə ərazisindəki bütün səmavi dinlər, müsəlmanlar və qeyri-müsəlmanlar azad və müstəqil, rahat yaşamağa başladılar.

Bütün dinlərə və inanclara Azərbaycan dövləti hər zaman son dərəcə dərin hörmət və ehtiramla yanaşır. Bu səbəbdəndir ki, tolerantlıq və multikulturalizm Azərbaycan dövlətinin təməlində dayanmış məsələdir. Həmçinin müsəlman ölkəsi olaraq İslam dininin bütün demokratik və tolerantlıq dəyərlərini qorumaqda və inkişaf etdirməkdə, habelə bütün dünyada tolerant‚ multikultural dəyərlərə malik olan, ən humanist müsəlman ölkəsi olaraq özünəməxsus yer tutub. Azərbaycan xalqının ümummilli lideri‚ dahi şəxsiyyət Heydər Əliyev müasir müstəqil Azərbaycanın dövlət quruculuğunda bütün bu meyarları qoruyub və bütün bunlar Heydər Əliyev siyasi kursunun ana xəttini‚ lokomotivini təşkil edib. Görünən odur ki‚ bir sözlə, Azərbaycan dövləti bu humanist‚ ali dəyərlər və insani keyfiyyətlər üzərində qurulub.

Bu gün bu ali dəyərlər‚ multikultural yanaşma‚ tolerantlıq siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qorunmaqda‚ daha da inkişaf etdirilməkdə və ən yüksək zirvəyə qaldırılmaqdadır. Burada ta qədimdən indiyə kimi‚ yəhudilər yaşadığı 3 min illik tarixi əhatə edən böyük bir zaman ərzində heç vaxt antisemitizm olmayıb. Antisemitizmin əksinə olaraq Azərbaycan xalqı ilə yəhudilər qaynayıb-qarışmış‚ qohumlaşmış və qardaşlaşmışlar. Hazırda Azərbaycan dövləti dünyanın ən nümunəvi ölkələri sırasında ön cərgədədir. Azərbaycanı dünyanın ən nümunəvi və tolerant ölkəsi adlandırmaq daha doğru olardı. Azərbaycan dövləti dünyada müsəlman ölkəsi olaraq bir nümunədir. Burada yəhudilər‚ müsəlmanlar və xristianlar qardaş kimi yaşayır. Bu‚ son dərəcə alqışa və təqdirəlayiq haldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.