İDMAN


İsrail gimnastı Linoy Aşram Bakıda ikinci qızıl medalını qazanıb

Bakı, 9 may, AZƏRTAC

İsrail təmsilçisi Linoy Aşram Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarında ikinci qızıl medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan dünya kubokunda fərdi gimnastların gürzlər ilə yarışında İsrail təmsilçisi 27,800 xalla birinci olub. Bolqarıstan idmançısı Boryana Kaleyn 27,400 xalla yarışı ikinci, rusiyalı Lala Kramarenko (27,150 xal) isə üçüncü pillədə başa vurublar.

Qeydiyyat siyahısına əsasən, kubok yarışlarında 35 ölkədən 61-i fərdi və 106-sı qrup komandasının (18 qrup) üzvü olmaqla 167 gimnast iştirak edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.