DÜNYA


İsrail hökuməti ölkədən giriş-çıxış qadağasını daha iki həftə uzadıb

Bakı, 19 fevral, AZƏRTAC

İsrail Nazirlər Kabineti ölkədən giriş-çıxışa yanvarın 26-dan fevralın 20-dək qoyulan qadağanı daha iki həftə, martın 6-na qədər uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti Baş nazir Binyamin Netanyahunun dəftərxanasına istinadla məlumat yayıb. Qərar telefon səsverməsi ilə qəbul olunub.

Fevralın 7-də İsraildə total karantin rejiminin yumşaldılmasına başlanılıb. Zərurət olmadığı halda yaşayış yerindən bir kilometrdən çox uzaqlaşmaq qadağası götürülüb. Milli park və qoruqlar açılıb. Kafe və restoranlara çatdırılma xidmətləri göstərməyə icazə verilib. Bazar günündən etibarən isə karantin tədbirlərinin yumşaldılmasının ikinci mərhələsi başlayacaq, ticarət mərkəzləri, küçə mağazaları, muzey və kitabxanalar açılacaq. Vaksinasiya olunmuş insanlar idman zallarına və hovuzlara, həmçinin mədəniyyət tədbirlərinə gedə biləcəklər.

Qeyd edək ki, İsraildə koronavirus qarşı milli vaksinasiya kampaniyasına dekabrın 20-də start verilib. İndiyədək ölkə sakinlərinin böyük əksəriyyəti peyvənd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.