İQTİSADİYYAT


İsrail ilə innovasiya sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Yüksək Texnologiyalar Parkında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasında Azərbaycan-İsrail İnnovasiya üzrə “dəyirmi masa” keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə İsrail ilə innovasiya sahəsində əməkdaşlığın Azərbaycan üçün prioritet təşkil etdiyini vurğulayıb.

Tədbirdə İsrail İnnovasiya Nazirliyinin Asiya Sakit okean bölməsinin baş direktoru Avi Luvton iki ölkə arasında innovasiya sahəsində əməkdaşlığın perspektivləri barədə danışıb.

“Dəyirmi masa”da Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi və qlobal bazara çıxış potensialı olan Azərbaycan startapları təqdimatla çıxış ediblər.

Sonda iki ölkə arasında innovasiya sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə atılacaq birgə addımlar barədə fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.