MƏDƏNİYYƏT


İsrail mediasında dağ yəhudilərinin Azərbaycandakı ilk muzeyindən bəhs edilib

Bakı, 23 sentyabr, AZƏRTAC

İsrailin “Haaretz” xəbər portalında və Yəhudi Teleqraf Agentliyinin saytında dağ yəhudilərinin Azərbaycanın Quba rayonunda yerləşən ilk muzeyi barədə məqalə dərc edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ingilis və ivrit dillərində yayımlanan məqalənin müəllifi israilli jurnalist, “Washington Diplomat” qəzetinin və Yəhudi Teleqraf Agentliyinin müxbiri Larri Luksnerdir.

Müəllif qeyd edib ki, sözügedən muzey Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə bərpa edilmiş Karhoq sinaqoqunda yerləşir. Həmin muzeydə dağ yəhudiləri mədəniyyətinin səciyyəvi xüsusiyyətləri, o cümlədən milli geyimlər, məişət və ritual əşyaları, əlyazmalar, kitablar və sair nümayiş etdirilir. Beləliklə, Azərbaycan xalqı ümumbəşəri və multikultural dəyərlərə hörmət, humanizm ideyalarına sadiqlik nümayiş etdirir.

Xatırladaq ki, Larri Luksner 2019-cu ilin dekabr ayında Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti və təşkilati dəstəyi ilə ölkəmizdə səfərdə olub, Qubadakı Qırmızı qəsəbə və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib. Onun Azərbaycana səfəri nəticəsində “Washington Diplomat” qəzetində və “The Times of Israel” saytında Quba Soyqırımı Memorial Kompleksi və məcburi köçkünlər barədə məqalələr dərc olunub. Azərbaycan ərazilərinin işğal edilməsi, ermənilərin Qubada törətdiyi soyqırımı cinayətləri kəskin tənqid edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.