DÜNYA


İsrail müsəlmanların Qüdsün tarixi mərkəzinə girişinə yaş məhdudiyyəti qoyub

Bakı, 21 iyul, AZƏRTAC

Qüdsdə kütləvi etiraz aksiyalarından ehtiyatlanan İsrail polisi müsəlmanların cümə namazı qılmaq üçün şəhərin tarixi mərkəzinə girişinə yaş məhdudiyyəti qoyub. Müsəlmanlar bu yaxınlarda Al-Aksa məscidinin qapılarında metalaxtaran detektorların qurulmasına etiraz edirlər.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, etirazlara baxmayaraq, Al-Aksanın qapılarından detektorların götürülməməsini qərara alan İsrail hökuməti yaşı 50-dən aşağı olan müsəlmanların məscidin girişinə yasaq qoyub. İslam dünyasının Al-Aksa və Qubbat as-Sahra məscidlərinin yerləşdiyi üçüncü müqəddəs məkanında yeni təhlükəsizlik tədbirləri cümə günü ərəb-müsəlman icmasının həyəcanlarının kulminasiyasını vəd edir.

Qüdsdə cümə axşamı günü küçə namazlarında polislə qarşıdurma yaranıb və nəticədə hüquq-mühafizə orqanlarının 5 əməkdaşı, etirazçılardan isə 40 nəfərədək insan xəsarət alıb.

Hazırda şəhərdə gərginlik hökm sürür. Küçə və meydanlarda minlərcə polis keşik çəkir, səmada helikopterlər uçur. Bir çox yerlərdə barrikadalar qurulub. Ətraf yerlərdən müsəlmanları daşıyan avtobuslar Qüdsə buraxılmır. Şəhərdəki bütün məscidləri bağlayaraq Al-Aksaya gəlməyə qərar verən qüdslülər izdihamlı nümayişə hazırlaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.