REGİONLAR


İsrail səfiri Balakənin istehsal müəssisələri ilə tanış olub

Balakən, 24 iyul, Mustafa Dadaşov, AZƏRTAC

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində iyulun 24-də Balakən rayonunda olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətində keçirilən görüşdə qonağa Balakən rayonunun iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, həmçinin kənd təsərrüfatının inkişaf perspektivləri və gənclər sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Görüşdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla davam etdirildiyi xüsusi vurğulanıb.

Səfir Dan Stav səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, səfərinin bu bölgə ilə daha yaxından tanış olmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Balakənə səfəri çərçivəsində israilli diplomat sonra XVII-XVIII əsrlərdə inşa edilmiş Cümə Məscidini ziyarət edib. Səfir, həmçinin 2 saylı Balakən regional “ABAD Mərkəzi” ilə yaxından tanış olub, “Balacans” MMC-nin konserv məhsulları istehsalı müəssisəsinə, yem zavoduna baş çəkib, “Balxurma” MMC-nin Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsində istehsal prosesi ilə maraqlanıb, yerli sahibkarlarla söhbət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.