İQTİSADİYYAT


İsrail və Azərbaycan şirkətləri arasında anlaşma memorandumu imzalanıb

Bakı, 30 iyul, AZƏRTAC

İsrailin “OurCrowd” şirkəti və Azərbaycan investisiya şirkətləri arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Anlaşma memorandumu əsasında startap layihələrinə sərmayə yatırımları və İsrailin aparıcı şirkətlərinin qabaqcıl təcrübələrinin ölkəmizə transferi həyata keçiriləcək. Yeni əməkdaşlıq istiqaməti ölkəmizdə innovativ ekosistemin qurulmasına töhfə verəcək”, - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.