SİYASƏT
İsrail və Azərbaycan təhlükəsizlik və terrorla mübarizə sahələrində sıx əməkdaşlıq edirlər
Bakı, 24 yanvar, AZƏRTAC
İsrail və Azərbaycan təhlükəsizlik və terrorla mübarizə sahələrində sıx əməkdaşlıq edirlər.
AZƏRTAC xəbər verir ki, bunu İsrailin ölkəmizdəki səfiri Corc Dik yanvarın 24-də keçirdiyi mətbuat konfransında deyib.
Azərbaycanın gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində pavilyonla təmsil olunacağını qeyd edən səfir bildirib: “Azərbaycandan olan nümayəndə heyəti gələn həftə İsraildə kibertexnologiyalar mövzusunda keçiriləcək tədbirə də qatılacaq. Azərbaycanda kənd təsərrüfatı sahəsində İsrailin yeni texnologiyaları tətbiq olunur. Ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm”.