DÜNYA


İsrail və Türkiyə 1951-ci ildən bəri ilk aviasiya sazişi imzalayacaq

Bakı, 7 iyul, AZƏRTAC

Bu gün İsrail və Türkiyə arasında 1951-ci ildən bəri ilk dəfə olaraq yeni ikitərəfli aviasiya sazişi imzalanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunur ki, iyulun 7–də İsrail və Türkiyə son 71 ildə ilk ikitərəfli aviasiya sazişi imzalayacaq. Bu, əlaqələri möhkəmlətməyə və İsrail aviasiyasının Türkiyəyə uçuşları bərpa etməsinə imkan yaradacaq.

“Bir neçə ay əvvəl İsrail mülki aviasiya idarəsinin Türkiyə tərəfi ilə apardığı danışıqların, həmçinin nəqliyyat nazirinin türk həmkarları ilə görüşünün nəticəsi olaraq mülki aviasiya sahəsində yeni əməkdaşlıq sazişinin imzalanması gözlənilir. Bu saziş İsrail aviakompaniyalarının Türkiyənin müxtəlif təyinat məntəqələrinə uçuşları bərpa etməsinə gətirib çıxaracaq”, - deyə mətbuat xidməti bildirib.

Xatırladaq ki, İsrail aviadaşıyıcıları 2007-ci ildən Türkiyəyə uçuşları dayandırıb. Bununla yanaşı, türk aviakompaniyaları İsrailə müntəzəm reysləri yerinə yetirir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.